Hər gün onlarla cinayətin baş verdiyi  Meksikadan dəhşətli görüntülər  gəlib.

Unikal.org xəbər verir ki,  narkotik kartelləri arasındakı qarşıdurma cinayətlə başa çatıb.  Belə ki, narkotik aludəçisi  olan iki nəfər naməlum şəxs və  ya şəxslər  tərəfindən silahla qətlə yetirilib. 

Daha sonra cinayətkarlar cəsədləri ABŞ-Meksika sərhədində yerləşən körpüdən çılpaq şəklində asıblar. Qısa zamanda sosial mediada cəsədlərin fotoları yayımlanıb. Polis hadisə  yerinə  gəlib.  Cinayəti törədən şəxslər axtarılır.