Rusiyada son sutka ərzində koronavirusa 17 594 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 368 513 nəfərə çatıb.

Rusiyada son bir gündə 548 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 130 895 nəfərdir. İndiyədək 4 902 110 xəstə sağalıb.