Türkiyənin Konya şəhərində  iki mərtəbəli evdə yanğın baş verib. 

Unikal.org xəbər verir ki, hadisə  nəticəsində  evdə  olan 4 yaşlarında əkizlər və  2 yaşlı qız yanaraq ölüblər. Belə  ki,  yanğında 3 övladını  itirən ana və  atanın  görüntüləri  hər kəsi  kədərə  boğub.  

Hadisə şahidlərinin sözlərinə  görə, valideynlər  bağçada olan zaman evdə yanğın başlayıb.  Qısa zamanda  bütün evi  əhatə edən yanğını  söndürmək mümkün olmayıb.  Hadisə  yerinə  gələn FHN qüvvələri  evdə yanaraq ölmüş azyaşlıların cəsədini  çıxararaq ailəyə təhvil verib.