İspaniyanın "Barselona" klubu futboçusu Lionel Messi ilə müqavilənin uzadılmasına hazırlaşır.

Unikal.org "El Chiringuito TV"yə istinadən xəbər verir ki, artıq tərəflərin son detallar barədə razılığa gəlməsi qalıb.

Yeni sözləşmə 2023-cü ilin iyununadək qüvvədə olacaq. Kataloniya təmsilçisi ulduz futbolçu ilə müqavilənin uzadıldığını iyunun 24-də açıqlamaq niyyətindədir.

Qeyd edək ki, Lionel Messinin klubla müqaviləsi iyunun 30-da başa çatır. "Barselona"nın yetirməsi olan forvard 2005-ci ildən əsas komandada çıxış edir. O, son mövsümdə 47 oyunda 38 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.