22 iyun tarixində xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzainin ölkəmizdəki diplomatik fəaliyyətinim başa çatması ilə əlaqədar qəbul edib.

Unikal.org-un məlumatına görə, tərəflər Azərbaycan və BMT və təşkilatın qurumları arasında həyata keçirilən əməkdaşlıq imkanları və perspektivlərini müzakirə ediblər.

Nazir işğaldan azad olunmuş ərazilərdəki vəziyyətə toxunaraq, ölkəmizin həm YUNESKO, həm də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) missiyasının bu ərazilərdə qəbul etməyə hazır olduğunu bildirib. Hazırda səfərlə əlaqədar işlərin yekunlaşdırılması üçün hər iki təşkilatdan cavab gözlədiyimiz qarşı tərəfin diqqətinə çatdırılıb.