Fevralın 11-i saat 11 radələrində Qaradağ rayonu ərazisindəki "Şıxov" çimərliyi istiqamətində uçan hərbi helikopter qəfil dənizə düşüb.

Bu barədə "musavat.com"a ərazidə yaşayan sakinlər məlumata veriblər. Onların sözlərinə görə, helikopter alçaqdan uçurmuş və qəfildən idarəetməsini itirərək dənizə düşüb.

Xəbəri Müdafiə Nazirliyi ilə dəqiqləşdirməyə çalışırıq.