2017-ci ilin aprel ayından “Bank VTB Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri olan Kirin Yevgeni Anatolyeviç vəzifəsini tərk etməyə hazırlaşır.

Unikal,org bu barədə Banka istinadən xəbər verir.

Məlumata görə, sədr hazırda məzuniyyətdədir və qayıtdıqdan sonra “Bank VTB Azərbaycan”ın rəhbərliyindən gedəcək. Onu müvəqqəti olaraq İH-nin üzvü Borodin Yevgeny Valeriyeviçin əvəz edəcəyi gözlənilir.

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.