Bu gün AVRO-2020-nin qrup mərhələsində III tura start verilib.

Unikal.org-un məlumatına görə, turun ilk günündə 2 oyun keçirilib.

A qrupunda baş tutacaq matçlar eyni vaxtda başlayıb. Bakı Olimpiya Stadionunda qardaş Türkiyə yığması ilə İsveçrə üz-üzə gəlib.

3-cü yeri tutaraq 1/8 final şansını saxlamaq üçün mütləq qalib gəlməli olan Şenol Günəşin yetirmələri bu vəzifənin öhdəsindən gəlməyib. İlk yarıda iki top buraxan “ay-uıduzlular” ikinci hissədə toplardan birinin əvəzini çıxaraq azarkeşlərini ümidləndirib. Bu, ilk iki görüşdə quru hesabla uduzan Türkiyə yığmasının ilk qolu olub. Lakin daha bir qol vuran isveçrəlilər inamlı qələbə qazanıb.

Günün digər matçında qrup qalibi müəyyənləşib. İlk iki turda qələbələri sıralayan İtaliya əsas heyət üzvlərini qorusa da, Uelsi məğlub etməkdə çətinlik çəkməyib. Qrup mərhələsini itkisiz başa vuran Roberto Mançininin yetirmələri 1/8 finala 1-ci yerin sahibi kimi çıxıb.

İkinci yerin sahibi isə top fərqi ilə müəyyənləşib. Eyni xala malik və şəxsi oyunda heç-heçə edən komandalardan Uels 2-ci yerlə 1/8 finala yüksəlib. Bu, böyük britaniyalılara 1/4 finalda yenidən Bakıya gəlmək şansı yaradıb. İsveçrənin isə mərhələ adlayan dörd 3-cü yer sahibi arasına düşüb-düşməməsini digər qrupların nəticələrindən sonra bəlli olacaq.

Qeyd edək ki, bu matçlara qədər İtaliya, Belçika və Niderland yığmaları 1/8 finala yüksəlib.

***20:44

Bu gün AVRO-2020-nin qrup mərhələsində III tura start veriləcək.

Unikal.org-un məlumatına görə, turun ilk günündə 2 oyun keçiriləcək.

A qrupunda baş tutacaq matçlar eyni vaxtda təşkil olunacaq. Bakı Olimpiya Stadionunda qardaş Türkiyə yığması ilə İsveçrə üz-üzə gələcək.

Keçirdiyi hər iki qarşılaşmada quru hesabla uduzan Şenol Günəşin yetirmələri qrup üçüncüsü olmaq üçün mütləq qalib gəlməlidir. “Ay-ulduzlular” 3-cü yerlə 1/8 final şansının minimuma enməməsi üçün isə mümkün qədər böyük fərqə sevinməlidir.

Günün digər matçı qrup qalibini müəyyənləşdirəcək. Qol buraxmadan qələbələri sıralayan İtaliya millisi Romada Uelslə qarşılaşacaq.

Qeyd edək ki, qrup mərhələsi iyunun 23-də başa çatacaq.

AVRO-2020
Qrup mərhələsi
III tur, 20 iyun
A qrupu

20:00. İtaliya – Uels - 1:0
Qol: 
Matteo Pessina, 39
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
Roma. Olimpiya Stadionu

20:00. Türkiyə - İsveçrə - 0:2
Qollar: 
Haris Seferoviç, 6, Xerdan Şakiri, 26
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Bakı Olimpiya Stadionu