İbrahim Rəisi İranda keçirilən prezident seçkilərində qalib gəlib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, ilkin nəticələrə əsasən, məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi 28,6 milyon seçicidən 17,6 milyonun səsini alıb.

İranda dünən keçirilən prezident seçkilərində 4 namizəd mübarizə aparıb. Bunlar məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandanı Möhsün Rezai, parlament sədrinin müavini Hüseyn Həzizadə Haşemi və islahatçı, Mərkəzi Bankın sabiq sədri Əbdülnasir Hümməti olub.