Braziliyada Amerika-2021 kubokunun A qrupunun ikinci turu üzrə Argentina - Uruqvay matçı baş tutub.

Unikal.org xəbər verir ki, argentinalılar rəqib üzərində minimal hesablı qələbəyə sevinib: 1:0. 

Bununla da, Argentina yığması iki matçda dörd xal yığaraq, A qrupunun yarış cədvəlində Çili komandası ilə birinci yeri bölüşür. Turnir cədvəlində ilk üçlüyü aktivində 3 xal olan Paraqvay yığması qapayır. Uruqvay və Boliviyanın xalları yoxdur.