Türkiyənin gəmi əleyhinə raketi “Atmaca” ("Şahin") ordunun silahlandırılmasına daxil olmazdan əvvəl son sınaq zamanı gəmi formalı suüstü hədəfi müvəffəqiyyətlə vurub.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün tvitterdəki səhifəsində bildirib.

Dövlət başçısının sözlərinə görə, həlledici sınaq bu gün keçirilib.