Rusiyada son sutka ərzində koronavirusa 17 262 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org  xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 281 309 nəfərə çatıb.

Rusiyada son bir gündə 453 xəstə vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 128 445 nəfərdir. İndiyədək 4 850 659 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.