Türkiyəli  iş adamı Ülvi Eker evində  ölü  halda tapılıb. 

Unikal.org xəbər verir ki, iki gündür xəbər alınmayan şəxsin evinə polis baxış keçirib.  Nəticədə Ülvi Ekerin cansız bədəni aşkarlanıb. Belə ki, cəsəd tibbi ekspertizaya göndərilib. 

Lakin yalnız yaşayan iş adamının 40 milyonluq sərvətini  kimə qalması  ilə bağlı suallar ortaya çıxıb.  Aparılan araşdırmada məlum olub ki, kişi 4 ay öncə bütün sərvətini Türk Təhsil Vəqfinə bağışlayıb.