Ermənistanda son sutka ərzində daha 86 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 224 086 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 1 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4492-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1094 nəfərdir.

Aktiv xəstələrin sayı 2607 nəfər təşkil edir.