Hondurasda ciddi rejimli həbsxanada iki dəstə üzvü arasında  qarşıdurma  baş verib.

Unikal.org xəbər verir ki, hadisə nəticəsində  5 məhkum ölüb, 39 məhkum və mühafizəçi isə yaralanıb. 

Belə ki, hadisədən sonra paytaxt Tequsiqalpanın La Tolva həbsxanasındakı qarşıdurma dövlət tərəfindən xüsusi nəzarətə götürülüb.