Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38556 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25546, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13010 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2877878, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1885031, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 992847 təşkil edir.