Honq Konqda müxalif media sistemi "Apple Daily"də  əməliyyat keçirilib.  

Unikal.org xəbər verir ki,  müxalif Cimmy Lai  tərəfindən qurulan "Apple Daily" qəzetinə 500 polis tərəfindən aparılan əməliyyatda işçilərin kompüterləri, sənədləri axtarılıb və bəzi kompüterlər ələ keçirilib. 

Bununla yanaşı media sisteminin fəaliyyəti dayandırılıb. Ofisə bütün giriş və çıxışları bağlanılıb.  Araşdırma davam etdirilir.