Türkiyənin Tekirdağ ərazisində ölümlə nəticələnən hadisə baş verib. 

Unikal.org xəbər verir ki, boşanma mərhələsində olan qadın 2 yaşlı qızını  götürərək, atası evinə köçüb. Belə ki, son günlərdə övladına fikir verməyən qadın dəhşətli əmələ əl atıb.  Ana qızının ağlama  səsinə  tab gətirməyərək, onu yaşadıqları  mənzilin 2-ci  mərtəbəsindən atıb.  Azyaşlı qısa zamanda xəstəxanaya  aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. 

Cani  ana isə  həbs olunaraq,  polis bölməsinə  aparılıb.  Ümmühan Dumanlıoğlu adlı qadın barəsində  qətimkan tədbiri seçilib.