Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 177 milyon 815 min 697 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 848 min 934 nəfərdir. İndiyədək 162 milyon 322 min 908 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 34 365 985 nəfər virusa yoluxub, 616 150 xəstə dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 29 700 313 nəfərdə virus aşkar edilib. Xəstələrdən 381 931 nəfər həyatını itirib.