AVRO-2020-nin qrup mərhələsinin II turunda Türkiyə yığması Uelslə qarşılaşacaq.

Unikal.org xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matç öncəsi açılış mərasimi baş tutub.

Tədbirdə iyunun 12-də keçirilən Uels – İsveçrə matçında olduğu kimi, Bakını əks etdirən və üzərində Avropa çempionatının kuboku olan böyük plakat meydanın mərkəzində açılıb, həmçinin Türkiyə və Uels yığmasının forması dalğalanıb.

Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq.