Paytaxtın Səbail rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən “Port Wine Grill" restoranının icarədarı barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan restoranın icarədarına İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) 4000 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.