Futbol üzrə Avropa çempionatının qrup mərhələsində II tura start verilib.

Unikal.org xəbər verir ki, B qrupunda turnirin ev sahiblərindən Rusiya millisi Finlandiyanı qəbul edib. Sankt-Peterburqdakı eyniadlı stadionda keçirilən görüş rusiyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Aleksey Mirançuk vurub.

Bu qələbədən sonra xallarını 3-ə çatdıran Rusiya seçməsi qrupda 2-ci pilləyə yüksəlib. Eyni xala malik Finlandiya yığması isə 3-cüdür.

Qeyd edək ki, bu qrupun Danimarka - Belçika matçı sabah oynanılacaq.