Müğənni Sevda Əliqızının səhhətində ciddi problem yaranıb.

Unikal.org  xəbər verir ki, sənətçi "Bizimləsən" proqramına müraciət edib. O, proqramdan yardım istəyib.

"Ölürəm, bilmirəm necə edim. Mənə kömək edin, qurban olum. Həyatım məhv olur, daha dözə bilmirəm" deyə, ifaçı bildirib.

Ayağında problem yaranan sənətçi bir neçə dəfə əməliyyat olunsa da, ağrılardan xilas ola bilməyib. Sevda hazırda həm ağrıdan, həm də yeriməkdə əziyyət çəkir