Müğənni İzzət Bağırov "Bu ana kimi" proqramına üç oğlu ilə qonaq olub. 

Unikal.org xəbər verir ki, müğənni ilk dəfə həyat yoldaşından danışıb. Belə ki İzzətin bəzi  açıqlamaları  gündəm yaradıb.  

"Çox təmizkar insanam. Mənim paltarlarımın təmizlənməsindən heç kimin xəbəri olmaz. Yoldaşımın xəbəri olmayıb ki, paltarlarım və ayaqqabılarım nə vaxt təmizləndi, yuyuldu, asıldı. Ona görə ki, xoşlamıram əşyalarıma əl vursunlar. Evə girib paltarı dəyişəndə hansı yumağa gedilirsə yığıram, yuyulmayacaqsa, asıram. Ayaqqabılarımı özüm yuyub, təmizləyib qarderoba yığıram. Uşaqların, özünün paltarını özü bilər. İndi o da mənim kimi olub, öz qarderobu var".