Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 177 milyon 414 min 471 nəfərə çatıb

Unikal.org xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 838 min 506 nəfərdir. İndiyədək 161 milyon 859 min 168 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 34 352 185 nəfər virusa yoluxub, 615 717 xəstə dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 29 633 105 nəfərdə virus aşkar edilib. Xəstələrdən 379 601 nəfər həyatını itirib.