Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı dünənlə müqayisədə daha 10 nəfər artaraq 84 nəfərə çatıb.

Unikal.org xəbər verir ki,   bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 223 min 846 nəfər test edilib, onların 5 min 955-nin koronavirus testi pozitiv nəticə verib, 4 min 186 nəfər sağalıb. Koronaviruslu ağır xəstələrin sayı 886 nəfər olub.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 48 min 879 nəfər ölüb.

Türkiyədə indiyədək 5 milyon 342 min 28 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 211 min 22 nəfəri müalicə olunaraq evə buraxılıb.