Naftalanda 4 yaşlı qızı ilan sancıb.

Unikal.org xəbər verir ki, hadisə Naftalan şəhərində fərdi təsərrüfatlardan birində baş verib.

2017-ci il təvəllüdlü şəhər sakini Səmadzadə Zəhra Taleh qızı öz həyətlərində oynayarkən onu ilan sancıb. Təcili xəstəxanaya çatdırılan azyaşlı hazırda durumu stabilləşib və müalicəsi davam edir.