Amerikalı məhşur aktyor Ned Tomas Bitti vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb.

Bildirilib ki, 84 yaşlı aktyor iyunun 13-də Los-Ancelesdəki evində təbii səbəblərdən dünyasını dəyişib.

Qeyd edək ki, aktyor “Neşvil”, “Supermen”, “Oyun” kimi filmlərdəki obrazları ilə məşhurluq qazanıb.