Rusiyada son sutka ərzində koronavirusa 13 721 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 222 408 nəfərə çatıb.

Rusiyada son bir gündə 371 xəstə vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 126 801 nəfərdir. İndiyədək 4 809 647 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.