Göldə boğularaq ölən şəxsin kimliyi məlum olub.

Unikal.org  xəbər verir ki, məhkəmə və tibbi ekspertizanın araşdırması nəticəsində məlum olub ki, Yasamal rayonunda göldə boğulan şəxs 2006-cı il təvəllüdlü Novruzov Elşən İmdad oğludur.

Qeyd edilib ki, E.Novruzov həmyaşıdları ilə birgə göldə çimən zaman boğulub.

*** 17:17

Bakı şəhəri, Yasamal rayonunda göldə ölüm hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Yasamal parkının yaxınlığında qeydə alınıb.

Belə ki, 12 yaşlı oğlan göldə boğulub.

Onun meyiti sudan çıxarılaraq morqa təhvil verilib.(apa.az)