Türkiyəli aktrisa Fahriyə Evcen ötən gün restorandan çıxarkən görüntülənib.

Unikal.org xəbər verir ki, aktrisa "Masumlar apartmanı" serialında rol alması ilə bağlı çıxan xəbərlərə aydınlıq gətirib:

"Elə bir şey yoxdur, yalan xəbərdir. Haradan belə bir şayiə yayıldı, biz də bilmədik".

Qeyd edək ki, Fahriyənin seriala vida edən Farah Zeynəb Abdullahın yerinə gəldiyi bildirilmişdi.