Sosial media nəhəngi "Facebook" tərəfindən bazara çıxarılacaq ağıllı saatın qiyməti  açıqlanıb.  

Unikal.org xəbər verir ki, "The Verge" jurnalı ağıllı saat barəsində  ətraflı məlumat paylaşıb.  Belə ki, məlumatda saatın ekranı smartfon telefonlardakı kimi foto və video kamerası olacaq. Saat vasitəsilə çəkilən fotoları  "Facebook" və  "Instagram"da həmin anda paylaşmaq  mümkündür.  

"The Verge"də yer alan xəbərə görə, "Facebook" işçiləri saatın təxminən qiymətini 400 dollar olduğunu bildiriblər. "Facebook"un 2019-cu ildən bəri ağıllı saatı inkişaf etdirməyə təxminən 1 milyard dollar xərclədiyini söylənilib. 

Saatın ağ, qara və qızıl rəngdə olacağı bildirilir.