Dövlət Gömrük Komitəsinin Akademiyasında 2021/2022-ci tədris ili üçün bakalavriat səviyyəsinə yeni ixtisas -“İnformasiya texnologiyaları” ixtisası üzrə tələbə qəbulu həyata keçiriləcək.

Unikal.org xəbər verir ki, I ixtisas qrupu üzrə qəbul aparılacaq ixtisasa 20 yer nəzərdə tutulur. Bununla da, Akademiyada bakalavriat səviyyəsində tələbə qəbulu aparılan ixtisasların sayı beş olacaq. 

Beləliklə, Akademiyada I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi”, “İnformasiya texnologiyaları”, II ixtisas qrupu üzrə “İqtisadiyyat”, “Beynəlxalq ticarət və logistika”, III ixtisas qrupu üzrə isə “Hüquqşünaslıq” ixtisasına qəbul həyata keçiriləcək.

Bununla yanaşı, Akademiyada 2021/2022-ci tədris ili üzrə magistratura səviyyəsinəqəbul “Gömrük işi” və “Beynəlxalq iqtisadi hüquq”ixtisaslaşmaları üzrə həyata keçiriləcək.