Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bələdiyyələrin fəaliyyətinin təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Ətraf mühitin mühafizəsi sahəsində bələdiyyələrin rolu” mövzusunda Nərimanov Rayon İcra Hakimiyyətində görüş keçirilib.

Unikal.org xəbər verir ki, nazirliyin nümayəndələrinin, yerli  idarəetmə orqanlarının əməkdaşlarının, Bakı şəhərinin müvafiq inzibati ərazilərini əhatə edən bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən görüşdə tullantıların düzgün və qanunvericiliyə uyğun idarə olunması, bələdiyyələrin bu sahədə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması, işin daha səmərəli təşkili yollarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, qarşılıqlı və səmərəli əməkdaşlıq məsələləri müzakirə olunub.

Aidiyyəti qurumların, yerli idarəetmə orqanlarının və ictimaiyyətin bu istiqamətdə birgə fəaliyyətinin zəruriliyi və əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi vurğulanıb, belə görüşlərin regionlarda da keçirilməsi qərara alınıb.

Sonda bələdiyyə nümayəndələrini maraqlandıran suallar cavablandırılıb