Bakıda 3 yaşlı uşaq 16-cı mərtəbədən yıxılıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu 22 ünvanında (Jurnalistlərin ikinci binasi) C blokunda qeydə alınıb.

Binaya qonaq gələn ailənin üç yaşlı oğlan övladı 16-cı mərtəbədən pəncərədən yerə düşüb və hadisə yerində keçinib.

Hadisə yerinə hüquq-mühafizə orqanın və təcili yardım briqadasının əməkdaşları cəlb olunub.