Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39 640 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 555, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5085 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 586 410, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 646 054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 940 356 nəfərə çatıb.