Tərtər rayonunda 59 yaşlı kişi arvadı ondan boşanmaq istədiyi üçün İcra Hakimiyyətinin binasının qarşısında özünü yandırmağa cəhd edib.

DİN Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, hadisə iyunun 7-də saat 11 radələrində qeydə alınıb. Tərtər rayonunun Bəyimsarov kənd sakini N.Qasımov 54 yaşlı həyat yoldaşının boşanmaq üçün məhkəməyə müraciət etməsinə etiraz əlaməti olaraq Rayon İcra Hakimiyyətinin qarşısında özünü benzinlə yandırmaq istəyib.

Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb, bu zaman onlar əl nahiyələrindən yüngül yanıq xəsarəti alıblar. Xəstəxanaya yerləşdirilən N.Qasımovun vəziyyəti qənaətbəxşdir. 

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.