Bu gün axşam saatlarında İmişli rayonunun Mürsəlli kəndi ərazisində “Ford” markalı avtomobil qəza törədib.

Unikal.org xəbər verir ki, bu barədə “Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov bildirib.

O, qeyd edib ki, qəza nəticəsində 108 mm diametrində olan yerüstü qaz xətti zədələnib. “Bu səbəbdən kəndə qaz verilişi dayandırılıb. Tezliklə qaz təchizatının bərpası üçün müvafiq tapşırıqlar verilib”, - deyə “Azəriqaz” rəsmisi əlavə edib.