Aktrisa Deniz Uğur 2017-ci ildə "Bir Deli Sevda" serialında əri rolunu oynayan Erdinç Gülener ilə evlənməyə hazırlaşır.

Unikal.org xəbər verir ki, cütlüyün toyu gələn həftə olacaq. Nikah hazırlıqlarına başlayan Deniz və Erdinç yaxın dostlarını özəl gününə dəvət edib.

Gülener "Çox az kişi toyumuzun olacağını bilir. Deniz toy üçün sağlamlıq kağızı alıb, mən yox" sözlərini söyləyib.