Türkiyəli müğənni Mustafa Ceceli şənbə günü Bakıda konsert proqramıyla çıxış edib.

Unikal.org xəbər verir ki, müğənni konsertdən görüntüləri öz "Instagram” səhifəsində paylaşıb.

Görüntülərdə ökədə tətbiq edilən karantin qaydalarının kobud şəkildə pozulduğu aydın görünür.

DİN-nin mətbuat xidmətinin əməkdaşı, polis kapitanı Anar Qafarov bildirib ki, sözügedən tədbir açıq havada təşkil olunub:

"Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin məkanda xüsusi karantin qaydalarının pozulması aşkar edilib. Orada iştirak edən şəxslərə və təşkilatçılara xəbərdarlıq edilib. Tədbirin davam etdirilməsinin qarşısı alınıb”.