Azərbaycanda kitab mağazasından 2 kitab oğurlayan şəxslər saxlanılıb.

DİN mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, Paytaxtın Səbail rayonunda yerləşən kitab mağazalarının birindən oğurluq edilib. Mağaza rəhbərliyi polisə məlumat verəndən dərhal sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıblar.

Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.