Bu gün Finlandiya, Norveç və İsveç hava qüvvələri “Arctic Challenge Exercise” beynəlxalq hərbi təliminin açılışını ediblər.

Unikal.org  xəbər verir ki, barədə Finlandiya Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

İki həftə ərzində üç ölkənin hava məkanında keçiriləcək manevrlərdə 70-dən çox təyyarə iştirak edəcək. Təlimə çox məqsədli qırıcılarla yanaşı, yük təyyarələri və yanacaq doldurma təyyarləri də cəlb edilib.

Norveç Hərbi Hava Qüvvələrinə daxil olan F-35 qırıcıları ilk dəfə olaraq manevrlərdə iştirak edəcək. Finlandiyadan təlimlərə 12 F/A-18 “Hornet” qırıcısı və bir sıra digər təyyarələr qatılacaq.