Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Cüvə, Qarasuqumlaq və Ağzıbir kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, ümumi çəkisi 1 tona yaxın olan 2091 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.