Görkəmli coğrafiyaçı-alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov II Fəxri xiyabanda dəfn edilib.

Unikal.org  xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məzarın önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulub.

***11:15

Görkəmli coğrafiyaçı alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bu gün dəfn ediləcək.

Unikal.org xəbər verir ki, o, II Fəxri xiyabanda torpağa tapşırılacaq.

***

10:22

Görkəmli coğrafiyaçı alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov vəfat edib.

Unikal.org xəbər verir ki, o, bu gün səhər saatlarında 71 yaşında ürək tutmasından dünyasını dəyişib.