17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Gürcüstanın paytaxtı Tbilisidəki təlim-məşq toplanışını davam etdirir.

Unikal.org-un məlumatına görə, yığmamız hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

Millimiz Gürcüstanın U-17 komandası ilə görüşüb. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1.

Qeyd edək ki, komandalar arasında ikinci oyun iyunun 8-də baş tutacaq.