Gədəbəydə yaşlı qadına qarşı zorakılıq göstərən şəxs saxlanılıb.

Unikal.org xəbər verir ki, 1934-cü il təvəllüdlü Gədəbəyin İvanovka kəndində yaşayan Səkinə Həsənovanın tövlədə bağlanılaraq saxlanılması barədə sosial şəbəkələrdə görüntülər yayılıdqdan sonra Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin kəndə gələrək qadını kənd ərazisində gəzərkən aşkarlayıb, onun əqli və fiziki sağlamlığının yerində olmamasını müəyyən etdikdən sonra, aidiyyəti qurumlara məlumat vermiş və Səkinə Həsənova Göygöl rayonunda yerləşən 3 saylı psixo-nevroloji mərkəzinə yerləşdirilib.

Daha sonra qadının bağlanılması və zaman-zaman döyülməsi ilə bağlı RPŞ-də cinayət işi başlanılaraq istintaq-əməliyyat tədbirkəri həyata keçirilib. Keçirilən tədbirlər nəticəsində Səkinə Həsənovanı tövləyə bağlamaqda şübhəli bilinən qohumu 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev barəsində Cinayət Məcəlləsinin 145-ci (Qanunsuz azadlıq məhrum etmə) maddəsi ilə cinayət işi başlanılaraq rayon prokurorluğuna göndərilib.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.