"İnnovativ iqtisadiyyatın qurulması təhsil sistemi ilə birbaşa bağlıdır. Təhsil naziri Emin Amrullayevlə iqtisadiyyat və təhsil sahələri arasında inteqrasiyanın dərinləşdirilməsi barədə fikir mübadiləsi apardıq".

Unikal.org xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter sosial şəbəkəsindəki hesabında bildirib.

"Azərbaycanın ali təhsil müəssisələri, peşə məktəbləri, litseylər və məktəbləri, uşaq bağçaları innovativ iqtisadiyyata keçid üçün alternativsiz bazadır", - o qeyd edib.