İspaniyanın Kralı VI Felipe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Unikal.org-un xəbərinə görə, məktubda deyilir:

"Cənab Prezident,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə İspaniya Hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram.

Sizə dərin hörmət və ehtiramımı bildirirəm".

***

15:24

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Unikal.org  xəbər verir ki, təbrik mətnində deyilir:

"Cənab Prezident, əziz qardaşım.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Əlcəzair xalqı və hökuməti adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırır, Uca Allahdan Sizə cansağlığı, qardaş Azərbaycan xalqına tərəqqi və firavanlıq arzu edirəm.

Zati-aliləri, ölkələrimizi birləşdirən dostluq və həmrəylik bağlarının möhkəmliyindən məmnunluğumu, müxtəlif sahələrdə ümumi maraqlarımıza xidmət edən əməkdaşlığımızı inkişaf etdirmək və qardaş xalqlarımızın istəklərinin reallaşmasını arzuladığımızı bildirmək istərdim.

Fürsətdən istifadə edərək Qoşulmama Hərəkatına hazırkı sədrliyinizlə dünyada sülhü və təhlükəsizliyi möhkəmləndirə biləcək hər şey barədə Sizinlə məsləhətləşməyə və əlaqələndirməyə davam etmək, davamlı inkişaf hədəflərinə nail olmaq üçün hazır olduğumu qeyd etmək istərdim.

Cənab Prezident, əziz qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

12:39

Estoniya Respublikasının Prezidenti Kersti Kalyulayd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Unikal.org xəbər verir ki, təbrik mətnində deyilir:

"Zati-aliləri.

28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Ümidvaram ki, biz dünyamızdakı bütün cəmiyyətlərə böyük təsir göstərmiş qlobal çağırışa qalib gəldikdən sonra ölkələr arasında qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq daha da genişlənəcək.

Zati-aliləri, ən yüksək ehtiramımı, həmçinin Azərbaycan Respublikasına və onun xalqına əmin-amanlıq və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".

Həmçinin  Kamerun Respublikasının Prezidenti Pol Biya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

"Cənab Prezident.

Ölkənizin milli bayramı - 28 May – Respublika Günü münasibətilə Sizə səmimi və xoş təbriklərimi çatdırır, Azərbaycan xalqına sağlamlıq və firavanlıq arzulayıram.

Cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".