Aktrisa Meltem Miraloğlunun 82 yaşındakı amerikalı əri Patriklə barışmasının səbəbi bəlli olub.

Unikal.org türk mediasına istinadən xəbər verir ki, ayrılandan sonra iş adamı onunla barışmaq istəyib. Əri ilə yola getməyən və istədiklərini etdirə bilməyən aktrisa tez-tez dava salırmış. Patrik də "Green Card" üçün müraciət etmədiyi halda Meltem boşanmaq üçün Türkiyəyə qayıdıb.

Patrik Miraloğlunun evə qayıtması üçün ona qırmızı rəngdə bahalı avtomobil alıb. Sadəcə maşınla dönməyən Meltem 82 yaşlı ərinə vəsiyyətnamə yazdırıb. Patrik öləndən sonra bütün var-dövləti aktrisaya qalacaq.

İş adamı öləndən sonra Meltem onun lüks villasına, bahalı iki başqa evinə, bahalı 2 ədəd sport avtomobilə, avtobus böyüklüyündə lüks maşına, yaxtaya, bankda böyük miqdarda pula sahib olacaq.