Rusiya tezliklə koronavirus əleyhinə dördüncü vaksini dövriyyəyə buraxacaq.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Rusiya qlobal pandemiyaya qarşı mübarizədə xarici tərəfdaşlarla əməkdaşlıqda maraqlıdır. Biz koronavirus infeksiyasına qarşı tez bir zamanda üç effektli peyvənd hazırlaya bildik. COVID-19 əleyhinə dördüncü rus peyvəndi tezliklə istifadəyə veriləcək", - deyə Putin söyləyib.